Bu gün Eldar Həsənovun məhkəməsi keçiriləcək

Bu gün Eldar Həsənovun məhkəməsi keçiriləcəkbackend

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçiriləcək.

Busaat.az xəbər verir ki, E.Həsənov girov müqabilində ev dustaqlığına buraxılmaq üçün etdiyi müraciətin təmin edilməməsindən apelyasiya şikayəti verib.

Onun müraciətində Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxaraq rədd etmişdi. Bu qərardan verilən şikayətə isə bu gün saat 15:15-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90