Bu gün testlərin sayı niyə az olub?

Bu gün testlərin sayı niyə az olub?backend

TƏBİB gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

TƏBİB-dən Busaat.az-a verilən məlumata görə, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir: “Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq”.

Qeyd edək ki, bu gün 3936 test edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90