Audiovizual Şuranın icazəsi ilə Bakı şəhəri ərazisindəki “Alternativ” RTYS-dən seçilmiş TV yayım kanalları və FM işçi radiotezliklərində yerinə yetirilmiş sınaq yayımlarının nəticələri təhlil olunub və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin əməkdaşları ilə müzakirə olunub.
Busaat.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.
Hesabatda deyilir ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılıb, abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilib, Şura tərəfindən müvafiq arayış hazırlanıb və nəticə olaraq “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınıb.