“Bu işlərə Səhiyyə Nazirliyi rəhbərlik etməlidir” – Partiya sədri

“Bu işlərə Səhiyyə Nazirliyi rəhbərlik etməlidir” – Partiya sədribackend

“Qaydalara əməl etməyənlərə qarşı mübarizə cərimələrlə deyil, izahat işləri və inandırma metodu ilə aparılmalıdır”.

Busaat.az xəbər verir ki, bunu yoluxma hallarının artımını analiz edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Elşad Musayev hesab edir ki, virusa yoluxanların sayının daha çox artmaması və ciddi problemlərlə üzləşməmək üçün mövcud şəraitdə heç kəsə minnət qoymadan tətbiq olunan qaydalara əməl etmək vacibdir:

“Koronavirus qurbanlarının sayı artmaqdadır. Vəziyyət ürəkaçan deyil. Son günlər tibbi maska taxanların sayının bir qədər artması hiss olunur. Lakin müəyyən bir qisim sanki hamıya acıq vermək, başqalarından fərqlənmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), həkim-mütəxəssislərin elementar məsləhətlərini yerinə yetirməkdən imtina edir. Belələrinə qarşı sərt cərimələr təklif edənlər də var. Biz məsələni maarrifləndirmə və inandırma metodu ilə aparmalıyıq. Bunun üçün də səlahiyyətli şəxslərin, ölkəmizin ən tanınmış tibb mütəxəssislərinin, alimlərinin mütəmadi çıxışları təşkil edilməli, məsləhət və tövsiyyələri insanlara çatdırılmalıdır.

Əslində problemin həlli üç ayaq üstündə durur: ÜST, hakimiyyət orqanları və cəmiyyət. Sirr deyil ki, Operativ Qərargah adından danışanlara əhali arasında o qədər də inam yoxdur. Deməli, daha səlahiyyətli və peşəkar adamlar açıqlamalar, tövsiyyələr verməlidirlər. Əslində bu işlərə Səhiyyə naziri rəhbərlik etməlidir. Bu cür işlərdə bir qədər inzibatçılıq gücləndirilməli, bütün mağaza və obyektlərə tibbi maskasız giriş qadağan edilməlidir. Buna əməl etməyən obyekt sahibləri cərimələnməlidir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90