Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

“Bu, “Neftçi” üçün tarixi uğur idi” – Bordin

image-142036
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var. Bunlar mənim tərcüməçim və fitness məşqçimdir. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək”.

Busaat.az xəbər verir ki, bu sözləri Moldova millisinin yeni baş məşqçisi Roberto Bordin “Sputnik Moldova” nəşrinə müsahibəsində deyib.

O, vaxtilə Moldova “Şerif”i və “Neftçi”də birgə çalışdığı insanlara təşəkkür edib: “Bu, o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm “Şerif”də, həm də “Neftçi”də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib”.

Bordin “Neftçi” ilə bağlı xatirələri haqda da danışıb: “Mövsümə yüksək notlarla başladıq. İlk yarım ildə birinci pillədə idik. Hətta “Qarabağ”la 6 xallıq fərqimiz var idi. Amma mövsümün sonlarına doğru xallar itirməyə başladıq və liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik. Amma bu da uzun illər ərzində “Neftçi” üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı”.

56 yaşlı çalışdırıcı Moldova millisi ilə yanaşı, bir çox yerdən təklif aldığını da söyləyib: “İtaliyada bir neçə seçim var idi. B Seriyasının klublarından birini çalışdıra bilərdim, danışıqlar olmuşdu. Ancaq alınmadı. Bəli, xaricdə işləmək həmişə xüsusi bir təcrübədir. Mədəniyyət və futbol baxımından böyük irəliləyişdir. Dünyanı gəzərək çox şey öyrəndim”.

Qeyd edək ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36284