Builki büdcə gəlirləri və xərclərinin 2021-ci illə müqayisəsi

Builki büdcə gəlirləri və xərclərinin 2021-ci illə müqayisəsibackend

2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur.

Busaat.az xəbər verir ki, icmal büdcənin xərcləri 31163,4 milyon manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 8003,2 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 168,4 milyon manat və ya 2,1 faiz çoxdur. Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12220,5 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 189,5 milyon manat və ya 1,5 faiz azdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12200,0 milyon manat nəzərdə tutulur.

Dövlət Sosial Müdafiəsi Fondunun gəlir və xərcləri bərabər olaraq 5146,0 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1631,5 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157,8 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 506,5 milyon manat proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 22,7 milyon manat və ya 4,7 faiz çoxdur.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90