Çavuşoğluyla Lavrov arasında qapalı görüş keçirilib

image-cavusoqlu_lavrovbackend

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Qətərin paytaxtı Dohada mediaya qapalı görüş keçirib.

Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” Diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, nazirlər iki saat davam edən görüş zamanı Suriyadakı vəziyyəti, Türkiyə, Qətər və Rusiya arasında sabah keçiriləcək üçtərəfli görüşlə bağlı hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə müzakirə edilən digər məsələlərlə bağlı heç bir məlumat verilmir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki