Cənubi Koreya və ABŞ birgə təlimlər keçirib

image-1708675560_upload-ria_8557042-pic_32ratio_900x600-900x600-5092backend

Koreya Respublikası və ABŞ-nin Hərbi Hava Qüvvələri F-35A qırıcı təyyarələrinin iştirakı ilə birgə təlimlər keçirib.

Busaat.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

ABŞ-nin Cənubi Koreyadakı hərbi kontingenti F-35A qırıcılarına malik deyil və təlimlərdə Koreya Respublikasının F-35A, KF-16, F-15K və digər növ təyyarələri iştirak edib. Təlimlər zamanı şərti düşmənin təyyarələrinin və qanadlı raketlərinin zərərsizləşdirilməsi üzrə müdafiə tədbirləri yoxlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki