Ceyhun Bayramov Keniyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə etdi

image-img_6023backend

Xarici işlər naziri Ceyhun Bayramovla Keniyanın Baş naziri, xarici işlər və diasporla iş üzrə naziri Musalia Mudavadi ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı BMT, Qoşulmama Hərəkatı və COP29 kimi çoxtərəfli platformalarda qurulan səmərəli tərəfdaşlığa əsaslanaraq, istər parlament diplomatiyası, istər iqtisadi-ticari əməkdaşlıq, istərsə də humanitar və mədəni mübadilə kimi müxtəlif aspektlərdə ikitərəfli münasibətlərin daha da inkişafı üçün siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin son dinamikasının davam etdirilməsinin son dərəcə vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın Nayrobidəki səfirliyinin rəsmi açılışı dövlətlərarası münasibətlərin inkişafında yeni hərəkətverici qüvvə kimi çox böyük əhəmiyyət kəsb edir.

Həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, münaqişədən sonrakı vəziyyət, işğaldan azad edilmiş ərazilərimizin bərpası, keçmiş azərbaycanlı məcburi köçkünlərin geri qaytarılması, humanitar minatəmizləmə tədbirləri də müzakirə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki