
Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində son sutka ərzində 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Busaat.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 806-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 650 xəstə sağalıb.
Ölkədə 520 aktiv koronavirus xəstəsi var ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.























