COVİD-19 xəstələri üçün oksigen generatoru işə salındı – Foto

COVİD-19 xəstələri üçün oksigen generatoru işə salındı – Fotobackend

ATU-nun Tədris Terapevtik Klinikasında COVİD-19 xəstələrinin müalicəsi üçün əhəmiyyətli olan yeni oksigen generatoru işə salınıb.

Busaat.az xəbər verir ki, klinikanın direktoru Surxay Musayev bildirib ki, generatorun quraşdırılmasından sonra klinika tələbatı keyfiyyətli oksigenlə tam təmin edəcək:

“COVİD-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90