Daha 2 nəfər dəm qazından öldü

image-demqazi-1-150x150backend

Şirvan şəhərində iki nəfər dəm qazından boğulub.

Busaat.az xəbər verir ki, dünən şəhərin Hacıqəhrəmanlı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Çingiz Əsədov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə ötən gün şəhərin M.Əsədov küçəsində də baş verib. 1954-cü il təvəllüdlü Şölə Abıyeva evinin hamam otağında olarkən su qızdırıcısından sızan qaz səbəbindən zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki