Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti Füzuli ərazisində tapılıb.
Busaat.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Ölən hərbçilərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası keçiriləcək.
Bildirilib ki, atəşkəsin bağlanmasından sonra başlayan axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən ərazilərdə ümumilikdə 1563 hərbçinin cəsədi və qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.