Daha bir ölümcül VİRUS: Hollandiyada “dəli dana” virusu aşkar edildi

image-danabackend

Hollandiyanın Kənd Təsərrüfatı Naziri Piet Adema fermada ölən inəkdə “dəli dana” virusunun tapıldığını və bu hadisənin istehlakçı üçün mənfi nəticələrə səbəb olmayacağını açıqlayıb.

Busaat.az xəbər verir ki, Ademanın Hollandiya Parlamentinə təqdim etdiyi məktubda ölkədəki bir fermada ölü inəkdə “dəli dana” virusunun aşkarlandığını və inəyin tapıldığı fermanın karantinə alındığını bildirib.

Sözügedən inəyin qida zəncirinə daxil olmadığını bildirən Adema, bu halın istehlakçı üçün heç bir nəticəsi olmayacağını bildirib.

Hollandiyada son dəfə dəli dana xəstəliyinə 2011-ci ildə rast gəlinib.

Tibb terminologiyasında BSE olaraq bilinən və 1980-ci illərdə İngiltərədə ortaya çıxan “dəli dana” xəstəliyi heyvanların ətini istehlak edən insanlarda ölümcül beyin xəstəliyinə səbəb olduğu kimi, heyvanlar üçün də ölümcül ola bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki