“Davam” ümumrespublika ağacəkmə aksiyası həyata keçirib – FOTOLAR

“Davam” ümumrespublika ağacəkmə aksiyası həyata keçirib – FOTOLARbackend

24 dekabr 2020-ci il tarixində “Davam” Gənclər Hərəkatı “Biz birlikdə güclüyük” devizi altında Vətən uğrunda canından keçən 2802 şəhidimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ümumrespublika ağacəkmə aksiyasına start verib.

Davamçı könüllülərin iştirak etdiyi aksiya Qaradağ, Qobustan, Şəmkir və Ucar Gənclər Evlərinin dəstəyi ilə 4 rayon üzrə 10 fərqli məntəqədə baş tutub. Hər məntəqədə 59 ağac olmaqla ümumilikdə ölkə ərazisində 590 ağac əkilib. 3 gün ərzində davam edəcək aksiya çərçivəsində ümumilikdə 2802 ağac əkilməsi nəzərdə tutulub.

Səhər 11:30-da Qobustan rayonundan start götürən aksiyada Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın İdarə Heyətinin üzvü Rasul Çunayev və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev iştirak edib.

12:00 – 15:00 saatları aralığında Şəmkir rayonunda Şəmkir Gənclər Evinin direktoru İlkin Musayevin, Ucar rayonunda isə Ucar Gənclər Evinin direktoru Elamin Dibirovun iştirakı ilə davamçı könüllülərlə birlikdə aksiya davam edib.

Yekun olaraq 15:00 – 16:00 saatları aralığında Qaradağ rayonunda aksiyanın son mərhələsi baş tutub. Aksiyada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavinləri Emil Abbasov, Nadir Muradov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri Natiq Mehdiyev, Sabir Rüstəmov və Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak edib.

busaat 5f92f03c0d70acc0ec47d317454179ce 6h2bkrag7xlwepz308t5 busaat 83ac74eaf3a3cf6870ba0af8ec3996c4 mfhers4ailz208w7b3kn busaat c492d5b06d6c85dde8e95b8210e21edc fp3nowm5rxbl29kt4avy busaat 042fbd9a883a89e708f5c4277bfc9b02 xkru6a9h4tfel2myqgn7 busaat 2cecb38b3116d9df21fc3fd2c4002c13 7v82kwg0jce3mzy5i1tx busaat 9f2501a76c3d50d7bb221b36f787d3bd o35urz8hsqkgfecv6iwj busaat 7e83742b8bcc5ba1d038ea248671362b 3ewzfy7ngl5rsptjmb48 busaat a14ecaee3ace41410b8a4ff51fad1904 sl8ia3q9pt0u4xh6no7j busaat 4e9e220e0fcf2b77fa546b5ef2be4903 wpsloy61tq7hm5f82n9c busaat 4605a38b7dd43b5c327ea2cda731f7e0 txv9s1b6nmeiajzr0ok2 busaat 1534d54caa93be3b304cb0315c53d939 8ec4ryn2x3sg9ma0opuw busaat 78a894f410a72b8a851641754b55fc20 bvg7eoxhw6rzpql3csuj busaat 2194eedcaf76f5e0d6c6c8cc00be8580 1p3lse2m0z5jubya8icn busaat 57a510ae9af883d742a7227365952a8d scxp76lav5brej42whm8 busaat 1534d54caa93be3b304cb0315c53d939 4fb8nslyrxhz07tkuj3v busaat 60019b2a9eb5fff680bebfd01ea8c1d3 9sct5aujo13y8lq0bgzr busaat 8cf2e7c31188782cf257aa9ee2fd1c72 9prxgtachu4owlsmyfie


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki