De Byazinin mübahisəli seçimi- Diqqətdən kənar qalanlar

De Byazinin mübahisəli seçimi- Diqqətdən kənar qalanlarbackend

Bu gün milli komandamızın yeni baş məşqçisi Canni de Byazi milli komandamızda ilk dəfə heyət açıqlayıb. İtaliyalı mütəxəssis Millətlər Liqasında Lüksemburq və Kipr millisi ilə keçiriləcək oyunlar üçün 26 futbolçuya dəvət göndərib.

Busaat.az-ın məlumatına görə, bu heyətə hazırda formada olan 3 futbolçunun salınmaması suallar doğurub. Söhbət Ağabala Ramazanov (“Zirə”), Namiq Ələsgərov (“Neftçi”) və Vüsal İsgəndərlidən (“Keşlə”) gedir. Onların adı yalnız ehtiyat heyətə salınıb. Riçard Almeyda isə ümumiyyətlə, siyahıda yoxdur. Həmçinin biz ehtiyat siyahıda Premyer Liqanın ilk turunda yaxşı oyunu ilə seçilməyən Rəşad Eyyubov, Mirabdulla Abbasov və Özancan Kökçunu də görə bilirik. Əsas heyətə hazırda klubsuz olan Araz Abdullayevin düşməsi isə maraq doğurub.

Tanınmış futbol agenti Erkin İbrahimov də Feysbukdakı paylaşımında Canni de Byazinin ilk seçimini tənqid edib. O yazıb: “De Byazinin ilk seçimi olduqca mübahisəlidir. Ağabala Ramazanovun, Vüsal İsgəndərlinin, Namiq Ələsgərovun siyahıda olmaması anlaşılan deyil. Deyəsən, De Byazi ilk tura baxmaqdansa gedib ona-buna futbolka paylamaqla, “Port Baku”da kofe içməklə məşğul idi…

İlk turda zəif çıxış etmiş Rəşad Eyyubovun, Mirabdulla Abbasovun habelə Özancan Kökçunun adları ehtiyat heyətə belə necə salınıb axı?!” – deyə o, ritorik sual edib.

De Byazinin milliyə dəvət etdiyi futbolçular:

Qapıçılar:
 Emil Balayev (“Qarabağ”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Mehti Cənnətov (“Sumqayıt”)

Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”), Ömər Buludov (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Adil Nağıyev (“Sabail”), Amin Seydiyev (“Sabah”), Bəhlul Mustafazadə (“Sabah”), Elvin Bədəlov (“Sumqayıt”), Şəhriyar Əliyev (“Keşlə”)

Yarımmüdafiəçilər: Qara Qarayev (“Qarabağ”), İsmayıl İbrahimli (“Qarabağ”), Eddi İsrafilov (“Albesete”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Rəhman Hacıyev (“Keşlə”), Rəhim Sadıxov (“Sumqayıt”), Elvin Camalov (“Zirə”), Əmir Ağayev (“Atromitos”, Yunanıstan)

Hücumçular: Mahir Emreli (“Qarabağ”), Araz Abdullayev (klubsuz), Ramil Şeydayev (“Sabah”), Renat Dadaşov (“Qrasshoppers”, İsveçrə)

Ehtiyat heyət: Rəşad Eyyubov (“Zirə”), Namik Ələskərov (“Neftçi”), Çoşqun Diniyev (“Sabah”), Ozan Can Kökçü (“Sabah”), Vüsal İsgəndərli (“Keşlə”), Azər Salahlı (“Keşlə”), Mirabdulla Abbasov (“Neftçi”), Səlahət Ağayev (“Neftçi”)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90