Diqqət: COVİD-19-un müalicəsində müəyyən səhvlərə yol verilir

Diqqət: COVİD-19-un müalicəsində müəyyən səhvlərə yol verilirbackend

“COVİD-19-un müalicəsində müəyyən səhvlərə yol verilir. Xüsusən də antibiotik seçimi zamanı çox həssas olmaq lazımdır”.

Bu sözləri açıqlamasında həkim-pulmonoloq Eldar Zeynalov deyib.

COVID-19 pandemiyasının pnevmoniyaları gündəmə gətirdiyini vurğulayan həkimin sözlərinə görə,  pandemiyadan sonra insanlar bu  xəstəlikdən qorxmağa başladılar. Halbuki, pnevmoniyanın növləri var və  yaranma səbəbinə görə  bakterial, göbələk və virus mənşəli olurlar.  COVID 19-un qorxulu tərəfi virusun çox qısa müddətdə virus mənşəli pnevmoniyaya çevrilməsidir. Buna ildirimvari gedişat deyilir:

“Ümumiyyətlə, orqanizmdə həm bakterial, həm də virus infeksiyaları mövcuddur. Pnevmaniya zamanı daha çox viruslar aktivləşsə də, prosesə bakteriyalar da qoşulur. Bakteriyaların yaratdığı fəsadları aradan qaldırmaq üçün də həkimlər tərəfindən müvafiq antibiotiklər təyin olunur.

Və bu zaman elə düşünürlər ki, antibiotik nə qədər güclü olsa, xəstə bir o qədər tez sağalar. Halbuki, bəzi xəstəliklərdə antibiotiklərin dozadan artıq olması xəstəliyin aqressivləşməsinə  gətirib çıxarır.

Orqanizmdə  bakteriyaların intoksikasiyasının getdiyini vurğulayan həkim  deyib ki, bakteriyalar orqanizmdə yaşadığı müddətdə özlərindən zəhər (toksin)  ifraz edirlər. Bu toksinlər isə birbaşa qana ifraz  olunur deyə orqanizmdə dediyimiz intoksikasiya baş verir. Bu isə özünü ürəkbulanma və qusma əlamətləri isə büruzə verir.

Antiviral dərmanlardan istifadə zamanı isə bu bakteriyalar ölür və bu zaman da  endotoksin ifraz edir. Bu isə qanın tərkibindəki toksinlərin daha da artmasına  və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.

Ona görə də, xəstənin müalicəsi zamanı antibiotikləri aşağı dozada vurub, sonradan  artırmaq daha düzgün olar”.

Pulmonoloqun sözlərinə görə, COVİD 19-la mübarizədə Vitamin C preparatlarının qəbulu da doğru seçim deyil. “Xüsusən də ağır və orta vəziyyətdə olan xəstələrdə bu vitaminin qəbulu ilə immuniteti gücləndirmək heç bir effekt vermir.

Əksinə, laxtalanmanı artırdığı üçün  müalicə mərhələsində xeyrindən çox ziyanı var. Əvəzində sink və D vitamini tərkibli dərman preparatlarından istifadəni daha məqsədəuyğun hesab edirəm”.”Şərq” qəzeti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90