Dmitri Kulebadan ŞOK AÇIQLAMA: “Putin artıq bayram edə bilər”

image-kulebabackend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqı Rusiya neftinə embarqo qoymadan sanksiyaların altıncı raundunun qəbuluna səs versə, bu, onun sıralarında parçalanmaya gətirib çıxaracaq.  Le Monde analitikləri isə bildirirlər ki, Baydenin Putini “taun” etmək cəhdi uğursuzluqla nəticələnib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada keçirilən “G7” ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edən Kuleba Aİ-ni Rusiya neftinə embarqo tətbiq etməyə çağırıb. Əks halda bunun, Avropa İttifaqı birliyinin pozulmasına səbəb olacağını dilə gətirib: “Əgər altıncı sanksiya paketi neft embarqosu olmadan qəbul edilərsə, o zaman prezident Putin bayram edə bilər. Çünki, bir ölkənin, yəni Macarıstanın mövqeyinə görə Avropa İttifaqının birliyi ilk dəfə pozulacaq” – Kuleba vurğulayıb.

Xatırladaq ki, Macarıstan Rusiya neftinin tədarükünün qadağan edilməsinə qarşıdır. Baş nazir Viktor Orban bu addımın atılmasını atom bombasına bərabər hadisə adlandırıb.

KONKRET.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90