Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 549 $▲0.68%
  • Ethereum1 807 $▲2.17%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sosial

Dövlət Xidməti 7 ayda 46 fiziki və hüquqi şəxsə qarşı tədbir görüb

image-sened
sənəd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 8 fiziki şəxsi cərimə edib, 38 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və toplanmış materialları aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərib.

Busaat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, inzibati xəta barədə protokollar 24 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və yaxud keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 8 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 6 halda satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması, 3 halda dərman vasitəsinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdən fərqli qiymətə satılması, 3 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi, 1 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda isə istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı tərəfindən istehlakçıya məlumatın verilməməsi ilə əlaqədar tərtib edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118352