DSX-dən Ermənistana CAVAB – Düşmən təxribatları ciddi məhdud­laşdırıldı

DSX-dən Ermənistana CAVAB – Düşmən təxribatları ciddi məhdud­laşdırıldıbackend

Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.

Bununla əlaqədar Dövlət Sərhəd Xidməti Busaat.az-a bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90