Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 297 $▲0.15%
  • Ethereum2 246 $▲0.21%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.6995▲0.0001
  • EUR1.9001▲0.0069
  • 100 RUB2.1111▲0.0018
  • GBP2.2757▲0.0118
  • TRY0.0340▼0.0001
  • AED0.4628▲0.0001
  • CNY0.2548▲0.0003
  • GEL0.6544▼0.0006
  • 100 KZT0.3743▲0.0001
  • UAH0.0374▲0.0001
  • 100 JPY1.0790▲0.0031
  • CHF2.0626▲0.0111
  • USD1.6995▲0.0001
  • EUR1.9001▲0.0069
  • 100 RUB2.1111▲0.0018
  • GBP2.2757▲0.0118
  • TRY0.0340▼0.0001
  • AED0.4628▲0.0001
  • CNY0.2548▲0.0003
  • GEL0.6544▼0.0006
  • 100 KZT0.3743▲0.0001
  • UAH0.0374▲0.0001
  • 100 JPY1.0790▲0.0031
  • CHF2.0626▲0.0111
Hadisə

DSX-nin Akademiyasında yanğın - Video + Yenilənir

image-sxcopy-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb:

“Bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93082