Dünyada beynəlxalq hüquq işləmir

image-a9afa7a1-9828-4357-a968-bdb4e35b93f2backend

Qəribəsi odur ki dünyada hüquq,qanun qoyan ölkələrin özləri bu hüquqa riayət etmirlər. Bəlkə də onlar üçün hüquqlar yalnız kağızlar üzərində yazılmaq üçün lazımdır . Əməl edilməyə gələndə isə istədiklərini kimi , öz maraqlarına uyğun şəkildə edirlər. Bütün bu kimi hallara əsrlərdir ki müşahidə olunur.
Istər AXC dövründə istər Azərbaycan respublikasınin müstəqilliyinin başlanğıcı dövründə hüququ,qanunu şəkildə qurduğumuz dövlətimizi hüquq təmsilçisi adı altında olan müəyyən ölkələr tanımaqdan qaçdılar. Halbuki bizim qurduğumuz dövlət əsl hüquq standartlarli bir ölkədir . O qədər qanunsuzluq altında gizlənirlər ki ədalət və reallığı belə görmürlər .
Birinci Qarabağ müharibəsi dövründə vandal ermənilərin xalqımızın başına gətirilən müsibətlər, vəhşiliklərə görə cavab verməlidirlər, amma çox təssüflər olsun ki heç biri məsuliyyətə cəlb olunması. Həmin mənfur,qatil şəxslərin böyük əksəriyyəti azadlıqda gəzir. Məscidlərimizi dağıdan , natəmiz saxlayan, torpaqlarimizi qeyri qanuni istifadə edənlərin heç biri qanun qarşısında cavab vermirlər. Bəs qanun yaradan , qanun təmsilçiləri bunlara niyə göz yumur?
Bizlərə sakit,dinc yolla torpaqlarımizi geri qaytarmaq üçün qətnamələr hazırlayan dövlətlər bəs niyə özləri öz hazırladıqları qətnamələri həyata keçirmək üçün addımlar atmadılar ? Bütün bu sualların isə yalnız bir cavabı var “ Dünyada beynəlxalq hüquq normaları işləmir “ . Həmin ölkələr üçün qanun sadəcə sözlərdən ibarətdir .
Azərbaycan respublikası isə əvvəldən hüquqi normalarla qurulmuş müstəqil dövlətdir. Onların qətnamələrinin həyata keçirə bilmədiyi ədaləti biz öz şanlı hərbiçilərimiz tərəfindən həyata keçirə bildik . Biz necə illərdir beynəlxalq hüququn edə bilmədiklərini 44 gün ərzində həyata keçirdik. Biz qanuni olaraq öz torpaqlarımizi mənfur düşmənlərdən təmizlədik .Bundan sonra beynəlxalq hüququn üstünə düşən cinayətkarin cəzalandırılmasi , işğaldan azadlığa qovuşan torpaqlarımızda gedən yenidən qurmada iştirak etmək, mənfur düşmənlərin orda baş verən qanunsuz işlərinin qarşısını almaqdır . Təssüflər olsun ki beynəlxalq hüquq bunu belə həyata keçirməyi bacarmır .

Azərbaycan Dillər Universiteti
Şəlalə Hüseynova

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki