Düşmən Mingəçeviri atəşə tutub – RƏSMİ + FOTO

Düşmən Mingəçeviri atəşə tutub – RƏSMİ + FOTObackend

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.

Baş Prokurorluqdan bildirilib ki, Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.

Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir

busaat c8191f65f8972deadff3eb4d22f4aa75 snyme29qkhbiaprzux04 busaat d196edc34afbc05df84bc44cd06a0878 l0wk24zy7g8o59qu6sfx busaat cb0e08189d40e47cae71b47052e2fc1b c81wj3vfqhgzteylm40p busaat d196edc34afbc05df84bc44cd06a0878 3kqz09wch1ax2emfnvb7 busaat 3016bac1cb41115883104adbac8357ee exalb24oskuqrc7jhiyn


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki