DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb. Busaat.az xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir”.
DYP rayona getmək istəyənlərə müraciət etdi

Bu bölməyə aid digər xəbərlər
“Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə…
Türkiyədə davam edən arxeoloji qazıntılar, bərpa işləri və elmi tədqiqatlar ölkənin tarixi irsini daha dərindən anlamağa imkan yaradır.
Yevlax rayonunun Aran qəsəbəsində yerləşən Vüqar Əmiraslanov adına 2 nömrəli tam orta məktəbin 2000-ci il məzunları 25 ildən sonra bir araya gəlib.
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonu, Astanlı kənd məktəbində sakinlərlə növbəti vətəndaş qəbulu keçirib. Görüşə gələn sakinlər, əsasən işsizlik…
Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın…
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” – Hacıbəy Heydərli
“Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv…