Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçu kurslarının növbəti buraxılışı olub - VİDEO

image-umum88-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Busaat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib.

Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə olacaqlarına söz verib.

Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub.

Qeyd olunub ki, bu il də ölkədə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib: “Bu da hərbi qüdrətimizin daha da artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi üçün lazımi addımlar atılacaq”.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub.

Sonda xatirə şəkli çəkdirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133387