Əli Əsədov Laçın şəhərində görülən bərpa işlərindən danışıb

image-447972784_0_78_3364_1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593-3-jpg-1733994813backend

Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında işğaldan azad olunmuş Laçın şəhərində görülən bərpa işlərindən danışıb.

Busaat.az APA-ya istinadən xəbər verir ki, Əli Əsədov çıxışında 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi nəzərdə tutulduğunu və bu tədbirlərə Azərbaycanda fəal hazırlıq getdiyini söyləyib.

O bildirib ki, Azərbaycan “Birliyin Mədəniyyət Paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.

“Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci il Birliyin Mədəniyyət Paytaxtı elan edilib. İşğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur.

Möhtəşəm təbiəti və böyük tarixi olan şəhərdə həyatın bərpasına, iqtisadi rifahın bərpasına yönəlmiş irimiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir.

“Böyük qayıdış” proqramı çərçivəsində artıq 2000-dən çox insan Laçın şəhərinə qayıdıb və gələn il Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulub.

Əminəm ki, MDB-nin mədəniyyət paytaxtının fəxri statusu Laçın şəhərinə bütün mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etməyə imkan verəcək”, – Azərbaycan Baş naziri çıxışında vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki