“Ötən il 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb”.
Busaat.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ötən ildən həmin xəstələr sosial-psixoloji müayinələrə cəlb olunurlar:
“2023-cü ildə 185 onkoloji xəstə bu layihə çərçivəsində müayinə olunub”.