Twitter sosial media platformasının yeni sahibi Elon Mask Twitter-in ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı şirkət fayllarını tezliklə ictimaiyyətlə paylaşacaqlarını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Elon Mask Twitter-də paylaşım edib.
“Twitter-in ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı fayllar Twitter-in özündə dərc olunacaq. İctimaiyyət əslində nə baş verdiyini bilməyə layiqdir” – deyə, paylaşımda qeyd olunub.
Maskın şirkəti satın aldıqdan sonra Twitter keçmiş ABŞ prezidenti Donald Tramp, konqresmen Marjorie Taylor Green və reper Kanye West daxil olmaqla, əvvəllər bağlanmış bəzi Twitter hesablarını yenidən aktiv edib.
Qeyd edək ki, Elon Mask noyabrın 23-də keçirdiyi sorğuda “Twitter qanunu pozmamaq və ya çoxlu spam göndərməmək şərti ilə dayandırılmış hesablara ümumi amnistiya təklif etməlidirmi?” sualını verib.
Sorğuda iştirak edən 3,1 milyon insanın 72,4%-i “Bəli”, 27,6%-i “Xeyr” cavabını verib.
Busaat.az