Əməkdar artistdən rejissorlara İRAD: “Aktrisalar yada düşmür” – FOTO

image-senuberbackend

Son illər çəkilən filmlərimizdə nədənsə kişi obrazlari üstünlük təşkil edir. Aktrisalar yada düşmür. Bu nə patriarxallıqdır?

Busaat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli Xalq artistləri Mabud Məhərrəmov, Qurban İsmayılov, Hacı İsmayılov, Vidadi Həsənov və Şamil Süleymanovun rol aldığı “Olimpiya” filmi haqqında deyib.

O, sosial şəbəkədə yayılan kadrlara rəy bildirib. Əli- Səttar Quliyevin rejissorluğu ilə lentə alınan layihədə kişi qəhrəmanların üstünlük təşkil etməsinə aktrisa zarafatla öz iradını dilə gətirib. Layihədə çəkilən aktyor Azər Aydəmir isə “Rəsmən diskriminasiya” yazaraq ona dəstək olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90