Emreli “Qarabağ”dan ayrılır: Yeni klubunda illik maaşı bəlli oldu

image-screenshot_2021-05-01_131511backend

Mahir Emreli Polşanın “Legiya” klubu ilə razılığa gəlib.

Busaat.az “Meczyki” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisi müqavilə imzalamağa hazırlaşır. “Legiya” Emreliyə illik 300 min avro məbləğində maaş və 3 illik müqavilə təklif edib. Bundan əlavə, klub tərəfindən Azərbaycan millisinin üzvünə aşağıdakı təkliflər olunub:

1. Polşada titullar qazanmaq və Avropada çıxış etmək.

2. Varşavada çox yaxşı yaşayış şəraiti.

3. Maksimum 2 mövsümdən sonra yüksək qiymətə satış potensialı.

4. “Legiya”nın ən çox qazanan futbolçusu olmasa da, yaxşı maaş təklifi (300 min avro).

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan Mahir Emreli cari mövsüm 16 qol vurub.

“Legiya” klubu Polşa çempionatında 2020-21 mövsümü üzrə çempionluğunu rəsmiləşdirib.

Ofsideplus.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90