Ərdoğan sabah Baydenlə görüşəcək

image-fotobackend

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında telefon danışığı baş tutub.

Busaat.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçiriləcək sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Bu səhər cənab Baydenlə telefon danışığımız oldu. O bu axşam və yaxud sabah yenidən bir araya gəlmək istəyini ifadə etdi. Biz də “ola bilər” dedik”, – deyə Ərdoğan söyləyib.

***

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Madriddə Türkiyə və ABŞ Prezidentləri arasında görüşün keçirilməsinə münasibət bildirərək “Ərdoğan və Bayden sabah görüşmək imkanına sahib olacaq” deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90