“Ərdoğan xilafəti bərpa edəcək, o zaman…” – Xarici nəşrdən şok iddia  

image-erdoganbackend

Sudanın “Əl-Təyyar” qəzetində dərc olunan bir məqalədə Fransa Prezidenti Emmanuel Makron barəsində sərt ifadələrə yer verilib.

“Ərdoğan Macronu öyrədir” başlıqlı məqalədə Fransa lideri “dovşan beyinli, ağılsız prezident” adlandırılıb.

Məqalə müəllifi Cəlaləddin Məhəmməd İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam dünyasının lideri və Türkiyənin xilafətin son təmsilçisi olduğunu yazıb:

“Bu dovşan beyinli prezident – Makron Türkiyənin müsəlman xilafətinin son qalası olduğunu unudur? O, özü və özünə oxşayanlar Türkiyənin yerlərində oturaraq diktə edə biləcəkləri bir ölkə olmadığını bilmir? Bu özünü tanımayan müsəlman dünyasının çoxunun Prezident Ərdoğanı müsəlman xilafətin dönüşü üçün son ümid olaraq gördüyünü unudur”?.

Fransa Prezidenti Makron utanmadan və özünə arxayın şəkildə Türkiyəni Liviyadakı qüvvələrini geri çəkməyə çağırır. Emosional davranın Makronun özünü itirib. O, ən güclü müsəlman prezidentə müraciət etdiyini yadından çıxarır”.

Müəllif Türkiyə liderinin Makrona verdiyi cavablara da diqqət çəkib:

“Prezident Ərdoğan Makrondan danışarkən, dövləti necə idarə etməyi öyrənmədiyini xatırlatdı. Makron dünyaya nadinc və son dərəcə ağıllı bir oğlan olduğunu sübut etməyə çalışır. Bunu Prezident Ərdoğanla etməyə çalışdı, ancaq siyasi nüfuzunu axmaqların çuxuruna sürükləyən bir zərbə aldı. Əslində Ərdoğan ona unudulmaz bir dərs verdi”.

Məqalə yazarı sonda bir gün Türkiyənin liderliyi ilə xilafətin bərpa ediləcəyinə ümidini də dilə gətirib: “Bu gün müsəlman xilafətinin və Osmanlı İmperiyasının sona çatmasından yüz il ötür. Hələ də ümid edirik ki, müsəlman xilafəti əvvəllər olduğu kimi əzəmətli olacaq şəkildə bərpa ediləcək və beləliklə ədalət müsəlman xəlifəsi altında bərqərar olacaq”.Teleqraf

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90