Ərdoğan Zelenski ilə görüşüb

image-1backend
image-ad_qayo_720x110px

Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı diplomatik gediş-gəlişin sıx olduğu bir vaxtda Ankara çox önəmli bir qonağı qəbul edir.

Busaat.az xəbər verir ki, Ukrayna Prezidenti V.Zelenski Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib.

Prezident Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə Prezident Kompleksində görüşüb.

Kritik görüşdən sonra prezident Ərdoğan və Zelenski işçi naharda bir araya gələcək nümayəndə heyətlərinin görüşünə rəhbərlik edəcəklər.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Danışıqlar başa çatdıqdan sonra müxtəlif sahələrdə sazişlər imzalanacaq.

Prezident Ərdoğan və Ukrayna Prezidenti Zelenski birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki