“Ərim məni döyürdü, xəyanət edirdi” – Əməkdar artist 

image-218138_bliwshwvvvbackend

“Məndən sonra üç-dörd dəfə evlənib. Amma yenə də deyir bəxtim gətirmir. Allah onu hardan qabağıma çıxardı… Aldığın arvadın bir, ikisi pis olsun. Hamısı pis oldu?”.
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Onun sirri” proqramında deyib. Bir müddət əvvəl qadına zorakılğı dəstəkləyən açıqlama verən qarmon ifaçısı keçmiş ərinin onun döydüyünü söyləyib:

“Onu görüm sağ qabağıma çıxmayaydı. Özünə də deyirəm. Heç kim məni qınamasın. Mən işə gedirdim, o, işləmirdi. Amma gecə saat 2-3-də evə gəlirdi. Bir gün də getdi dostları ilə Nabrana, ordan birini tapdı. Deyiləsi deyil, xəyanətləri saysız olub. Məni o qədər döyürdü ki… Cavan idim, qorxurdum, utanırdım. Pul üstündə məni döyürdü ki, ver, gedim maşın alım, nə alım. Yaxşı ki, vermirdim”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90