Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqaya yüksəkliyindən VİDEOREPORTAJ

backend

Azərbaycan – Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyindən daha bir reportaj hazırlayıb.

O qeyd edib ki, hazırda Ağdam kəndinin mərkəzindədir və arxada yenilməz Azərbaycan əsgərinin yenilməz Qaraqaya yüksəkliyi var:

“Azərbaycan əsgərinin postları oradadır. Toxunulmayıb, itirilməyib. Düşmən tərəfindən sosial şəbəkələrə dezinformasiya ötürülür və bu yalan məlumatlardan biri də həmin postun itirilməsidir.

Bir çoxlarımızı bu təşvişə salıb, suallar doğurub. Baxın, qara yalanın təkzibi arxamdadır. Qaraqaya ermənilərdə olsaydı, biz burda çəkiliş apara bilməzdik.

Eşq olsun yenilməz Azərbaycan əsgərinə. Bizim yolumuz haqq yoludur. Düşmən əziləcək, zəfər bizim olacaq”.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90