Ermənistan nə vaxt sülhün özləri üçün vazkeçilməz olduğunu anlasa…

image-58backend

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması artıq prioritet deyil. Çünki tərəflərin yanaşmaları hələ də çox fərqlidir”.

Bu sözləri Busaat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, fərqli yanaşmaları yaxın dövrdə aradan qaldırmaq, bir-birinə yaxınlaşdırmaq heç də asan deyil, əksinə, kifayət qədər mürəkkəbdir. Onun sözlərinə görə, digər tərəfdən Cənubi Qafqazda gedən proseslər dünyada yaşananlarla, qlobal miqyasda baş verənlərlə birlikdə cərəyan edir:

“Yəni proseslər bir-birinə bağlıdır. Dünyanın bir neçə bölgəsində seçki marafonuna ciddi hazırlıq gedir. Həm Avropa İttifaqında, həm də qitənin aparıcı ölkələrində – Böyük Britaniyada, Fransada seçkilər keçirilib. Eyni zamanda ABŞ-də seçkilər olacaq. Seçkilərdən sonra dünyada müəyyən siyasi palitra formalaşacaq. Yeni dönəmin siyasi liderləri tərəfindən aktual məsələlərin həlli ilə bağlı yeni təkliflər irəli sürüləcək. Düşünürəm ki, Cənubi Qafqaz gündəmi ilə bağlı da müəyyən təkliflər olacaq”.

İlqar Vəlizdə: Dünyanın aparıcı oyunçuları belə Azərbaycanın mövqeyinə təsir göstərə bilməz

Analitikin fikrincə, hazırda dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərqdə baş verənlərdədir:

“Böyük ehtimal bu problemlərin həlli müəyyən formada həllini tapdıqdan sonra nəzər və diqqət Cənubi Qafqaza, Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə yönələcək. Əslində Bakı üçün də sülh sazişi bir nömrəli məsələ deyil. Azərbaycan öz istədiklərinə böyük ölçüdə nail olub. Ona görə də öz haqlı tələblərimizi irəli sürür, mövqelərimizdən, prinsiplərimizdən əsla geri durmuruq”.

“Ermənistan nə vaxt sülhün özləri üçün vazkeçilməz və yeganə çıxış yolu olduğunu anlasa, o zaman İrəvan Bakının şərtlərini yerinə yetirməyə məcbur qalacaq. Dünyanın aparıcı oyunçuları belə Azərbaycanın mövqeyinə təsir göstərə bilməz”, – deyə İlqar Vəlizadə əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki