Ermənistanda daha bir mer həbs olundu

image-merhebsbackend

Ermənistanın Sisian icmasının rəhbəri Artur Sarkisyan həbs olunub.

Busaat.az  xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinin Mətbuat katibi Vardan Tadevosyan açıqlayıb.

Məlumata əsasən, A. Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və fırıldaqçılıqda ittiham olunur.

Qeyd edək ki, Artur Sarkisyan “Ermənistan” seçki blokundan deputatlığa namizəd idi.

Xatırladaq ki, bir neçə gün öncə Mehri şəhərinin keçmiş meri Mxitar Zakaryan 2 aylıq müddətinə həbs edilb. Gorus şəhərinin meri Aruş Aruşanyan barədə 15 cinayət işi başlanıb.

Həbs olunanlar ölkənin keçmiş Prezidenti Robert Koçaryanı parlament seçkilərində dəstəkləyən şəxslərdir. “Ermənistan” seçki bloku öz nümayəndələrinə qarşı repressiyaların başladığını deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90