Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir- Robert Ayrapetyanbackend

İşğalçı Ermənistanda insanların kütləvi sürətdə döyüşlərə qatılmaqdan imtina etməsi fonunda daha bir acınacaqlı fakt ortaya çıxıb. Belə ki, Ermənistanda ataları Qarabağ döyüşlərinə könüllü yazılmayan yeni doğulmuş körpələrə doğum şəhadətnamələri verilmir.

Busaat.az  xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan öz Feysbuk hesabında məlumat verib. Vəkil Ermənistan rəhbərliyini erməni körpələrini və analarını girov saxlamaqda və insanları müharibəyə göndərmək üçün şantaj üsulundan istifadə etməkdə ittiham edib.

“Siz hər dəqiqə vətənpərvərlikdən danışırsınız, yalnız zəiflərinizə qarşı ikiüzlülük göstərirsiniz. Uşağı dünyaya gələn gün bir insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız döyüşlərə könüllü qatılmaq və bu barədə bir sənəd gətirmək şərti ilə verəcəyik? Bu adamın arvadını və uşağını əsir saxlamısınız, yoxsa onunla danışıqlar masasına oturmağa qərar vermisiniz? Sizin beyniniz varmı? Yoxsa onun yerinə hava döşəyi yerləşdirilib?”,- deyə erməni vəkil qeyd edib.