Ermənistanda etiraz aksiyaları şiddətlənir, saxlanılanlar var – Fotolar

Ermənistanda etiraz aksiyaları şiddətlənir, saxlanılanlar var – Fotolarbackend

İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiya elan etməsindən sonra ölkədə etiraz aksiyaları baş qaldırıb.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs edir.

Bundan əvvəl, Ermənistan Baş Prokurorluğu ölkədə mövcud hərbi vəziyyət səbəbi ilə mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Ermənistan müxalifəti 11 noyabr tarixində saat 13: 00-da Yerevanda Qarabağla bağlı üçtərəfli bəyanat verilməsinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırdı.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90