Ermənistanda hərbçilər prezidentlə görüş tələb edir: Sarkisyan gəlməsə… – VİDEO

image-irevan-mitinqbackend

Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edərək prezident Armen Sarkisyanla görüşmək üçün avtombil karvanı ilə İrəvanın Baqramyan prospektinə irəliləyib.

Busaat.az xəbər verir ki, Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan prezidentin onlarla görüşməyəcəyi təqdirdə, iqamətgahına gedəcəklərini açıqlayıb: “Prezidentimizi Ermənistan baş Naziri Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisini vəzifəsindən azad etmə qərarını konstitusiyaya zidd olaraq tanıma tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırıq”.

Onun sözlərinə görə, etirazçılar prezidentdən konstitusiya borcunu yerinə yetirməsini tələb edir. Sarkisyan görüşməkdən imtina edərsə, prezidentin qorxusunun səbəbini öyrənməyə çalışacaqlar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90