Ermənistandan növbəti müharibə ANONSU – Müdafiə naziri efirdən BƏYAN ETDİ

image-suren_paaaaabackend

Ermənistan ona dəyən zərbələrdən dərs çıxarmaq əvəzinə, belə təəssürat yaranır ki, əksinə o zərbənin təsirindən vaxt keçdikcə nə dediklərini, nə etdiklərini daha da bilməz, idarəedilməz vəziyyətə gəlib çıxırlar.

Azərbaycan son “Qisas” əməliyyatı ilə rəsmi İrəvana və revanşistlərə göstərdi ki, Azərbaycan üçün onları kimin müdafiə etdiyi (Azərbaycan əsgəri bu əməliyyatı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında həyata keçirdi – red) fərq etmir, haqqımızı sonuna qədər, lazımı yerə kimi müdafiə edib, bizim olanı əldə edəcəyik.

Amma görünür Ermənistan müdafiə naziri Suren Papikyanın “pipiyi” də əzilməsə, müharbənin 2 ildir onlara vurduğu ağır zərbədən xəbərsiz şəkildə yaşamağa davam edəcək. Belə ki, Papikyan Rusiyalı həmkarı ilə Moskvadakı son görüşündən sonra mətbuata geniş müsahibəsi zamanı bəlkə özü də hiss etmədən növbəti müharibənin anonsunu verdi.

Ermənistanın müdafiə naziri Suren Papikyan dünən Ermənistan İctimai Televiziyasının efirində geniş müsahibə si zamanı müharibənin mümkünlüyü, müdafiə departamentində islahatlar və bir sıra digər məsələlərə toxunub. Fərari ordusunun rəhbəri Suren deyib: “Yaxın gələcəkdə Azərbaycan ilə müharibə olmayacaq” deməklə əslində rəsmi İrəvanın müharibə perespektivlərinə Bakıdan işıq tutulması üçün bir fürsət də yaratmış oldu.

Belə baxanda Suren düz deyir. Ermənistanın yaxın gələcəkdə Azərbaycanla müharibə etmək üçün nəinki ordusu, heç ürəyi də yoxdur. Göründüyü kimi Ermənistan müdafiə nazirinin bu açıqlaması gözlənilənlərin əksinə olaraq sabitlik, sülhdən daha çox bir müharibə anonsu oldu. Yəqin Papikyanın bu açıqlamasını Qərbi, ABŞ-ı, ermənilərin hay-həşirinə dərhal reaksiya verən dünya liderləri və beynəlxalq təşkilatlar da bizim kimi anladı.

Biraz da konkretləşdirsək, göründüyü kimi Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkmir, Azərbaycanın məcburetmə siyasəti nəticəsində geri addım ataraq rəsmi Bakının tələbləri ilə müvəqqəti razılaşdığını etiraf edir. Çünki əksinin sonuncu “Qisas” əməliyyatı zamanı hansı nəticələrlə yekunlaşdı ən bariz nümunədir.

Bu isə o deməkdir ki, bu gün Ermənistanın 10 noyabr üçtərəfli bəyanatı ilə üzərində götürdüyü öhdəliklərlə bağlı “atdığı” addımların hər biri rəsmi Bakının diqtəsi, təzyiqi, qətiyyəti nəticəsində gerçəkləşir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasındakı ərazilərdə qanunsuz erməni silahlı dəstələrindən təmizlənərək nəzarətə götürülən Buzduğ və digər strateji yüksəkliklərlə bağlı əməliyyatlar da göstərdi ki, Azərbaycan bu addfımı atmasaydı sözügedən ərazilərin Ordumuzun nəzarətinə keçməsi məsələsi hekayə olacaqdı.

S.Papikyanın “Yaxın gələcəkdə Azərbaycan ilə müharibə olmayacaq” ifadəsindən bu da anlaşılır ki, Ermənistan tərəfi Azərbaycanla uzunmüddətli sülhə hazır deyil, ermənilər Azərbaycana qarşı növbəti müharibə hazırlığına başlayıblar. Lakin Azərbaycan əsgərinin 44 günlük müharibə ilə Ermənistana vurduğu zərb ə o qədər ağırdır ki, haylar bunun təsirindən, fəsadlarından belə tez bir zamanda xilas olub növbəti müharibənin hazırlığına başlamaq gücünü özlərində görmürlər. Bu açıqlama özlərini dünyaya sülh tərəfdarı, bölgədə, regionda davamlı “sülhün fədaisi” kimi özlərini dünyaya sırımağa çalışan ermənilərin növbəti dəfə iç üzünün açılması, məkrli planlarının növbəti ifşası kimi də xarakterizə edilə bilər.

Belə anlaşılır ki, Azərbaycan xalqı və dövləti Ermənistanla münasibətdə “köpəklə yoldaşlıq et, amma çomağını yerə qoyma” düşüncəsi ilə daim yaşamalı və anlamalıdır ki, ermənilər imkan tapdığı fürsətdə revanş məqsədilə növbəti dəfə Azərbaycan xalqına 30 il əvvəlki faciələri yaşatmaq niyyətindədirlər. Anlaşılan isə odur ki, Azərbaycana qarşı erməni xalqı və dövləti heç zaman öz ritorikasından əl çəkən deyil, əksinə türkəfobiya, anti-Azərbaycançılığı günü-gündən daha şiddətli şəkildə təbliğ etməklə gələcək nəsillərə bu nifrəti aşılamaqdan bir an olsun əl çəkmək fikrində deyillər.

Prezident İlham Əliyevin Vətən müharibəsində bir neçə dəfə dediyi fikirlər bu məqmda xüsusilə yada düşür. Dövlət başçısı az qala hər çıxışında bəyan edir ki, biz Ermənistanla qonşuluq, sülh şəraitində yaşamalıyıq, çünki Azərbaycan sülh, sabitlik tərəfdarıdır. Amma Azərbaycan xalqı Ermənistanın xalqımızın başına gətirdiyi dəhşətləri heç zaman unutmamalıdır.

Bəli, Papikyanında dediklərindən belə başa düşülür ki, Ermənistanın tarix boyu azərbaycanlıların başına gətirdiyi müsbətləri, faciələri, terror əməllərini, soyqrımları unutması özünə qəsd olacaq, öz ayağına atəş açmağa bərabər olacaq. Çünki qarşı tərəf düşmənçilik  siyaətindən əl çəkəcək kimi görünmədiyi azmış kimi, Azərbaycana, xalqa qarşı növbəti ağır cinayətlərin hazırlığına belə artıq indidən start veriblər.

Amma istər Ermənistan dövləti, istər xalqı olsun, istərsə də regionda sabitliyə, sülhə qarşı fobiyası olan kənar, 3-cü qüvvələr bilməlidirlər ki, Azərbaycan daha 1990-cı ilin əvvəlindəki Azərbaycan deyil. İstər ordusu, istərsə də xalqı göstərdi ki, ən çətin məqamlarda dövlətinin ətrafında bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmaq, onu birliyimizin hesabına cəzalandırmaq gücündədir.

XXI əsrin fərari ordusunun rəhbəri belə açıqlamalar etməmişdən öncə anlamalıdır ki, növbəti müharibə planlarına kimi vəziyyət xeyirlərinə bir az dəyişə bilər, amma nəticə yenə də dəyişməz olaraq qalacaq. Çünki Azərbaycan xalqı artıq düşmənini də, dostunu da çox yaxşı tanıyır və mövzu vətəndirsə, son damla qanına qədər döyüşməyin nə olduğunu yaxın keçmişdə nəyinki onlara, bütün dünyaya göstərdi.Milli.Az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90