“Ermənistanın beynəlxalq hüquqla məzələnməsinə icazə verilməməlidir”- Amerikalı ekspert

“Ermənistanın beynəlxalq hüquqla məzələnməsinə icazə verilməməlidir”- Amerikalı ekspertbackend

“Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin atəşə tutulacağı gözlənilən idi. Çünki bu ilin iyul ayında dövlət sərhədinin Tovuz hissəsində təxribat törədildiyi zaman Ermənistan tərəfinin analoji cəhdi olmuşdu. Bu, daha böyük zərbələrə hazırlıq idi”.

Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, insan hüquqları üzrə ekspert İrina Tsukerman deyib.

 

“Bütün bunlara həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı, cinayətlərini təmizə çıxarmağa çalışdığı informasiya müharibəsi kimi baxmaq lazımdır. Məsələn, Qarabağda hansısa suriyalı silahlılar haqqında danışılanlar – onlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. Bu həm də iqtisadi müharibədir. Ermənistan məmurlarına qarşı sanksiyalar tətbiq etmək lazımdır. Çünki beynəlxalq əhəmiyyətli bu boru kəmərlərinin Qarabağdakı döyüşlərlə heç bir əlaqəsi olmadığı açıq-aşkardır”,

 

İrina Tsukerman

Amerikalı jurnalist, insan hüquqları mütəxəssisi

– o bildirib.

O qeyd edib ki, dünya Ermənistanın beynəlxalq hüquqla məzələnməyə davam etməsinə imkan verməməlidir.

“Dünyanın hələ də bütün bunlara göz yumması Ermənistanın arxasında dayanan insanların öz şəxsi maraqlarının olması ilə əlaqədardır. Bu insanların Avropa İttifaqı ilə əlaqələri var və hər hansı sərt addım bu səviyyədə yatırılır. Onlar arasında enerji bazarlarına daha çox təsir göstərmək üçün münaqişənin beynəlmiləlləşməsinə hər cür yardım edənlər də var”, – İ.Tsukerman əminliklə söyləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90