“Fənərbaxça”dan şəhidimizlə bağlı paylaşım – Fotolarbackend

Türkiyənin “Fənərbaxça” klubu Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olan Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.

Busaat.az  İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun məzarı önünə klubun bayrağı və forması qoyulub.

Klub “Fənərbaxça” azarkeşi olan Niyaminlə bağlı paylaşımında bunları qeyd edib:

“Azərbaycan ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.