Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 046 $▲0.80%
  • Ethereum2 270 $▲0.79%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
İdman

"Fevralın 2-nə kimi danışıqlarımız davam edəcək" - Qurban Qurbanov

image-176608_gjktlp0bk8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 20-ci turunda bu gün “Şamaxı” ilə keçirəcəkləri matç öncəsi açıqlama verib.

Busaat.az xəbər verir ki, “CBC Sport” kanalına danışan mütəxəssis transfer məsələlərinə, komadaya yeni gələn futbolçuların hazırlıq səviyyəsinə toxunub. O, yeni qapıçı transfer etmək üçün çalışdıqlarını deyib:

“Əlavə bir futbolçu ilə danışıqlar gedir. Üç transfer etmişik. Sadəcə olaraq, alınarsa, bir futbolçu transfer etmək istəyirik. Qapıçılarla aktiv danışıqlar gedir. Əfsuslar olsun ki, hələ istədiyimiz kimi bir irəliləyiş yoxdur. Amma son günə – fevralın 2-nə kimi danışıqlarımız davam edəcək”.

Q.Qurbanov rusiyalı qapıçı Andrey Lunyovunun “Qarabağ”a keçidinin alınmamasına da aydınlıq gətirib: “Lunyov məsələsinin üzərinə çox ciddi düşmüşdük. Sonda bəzi danışıqlar, müəyyən məlumatlar çıxdı. Ona görə də danışığı dayandırdıq. Lakin dediyim kimi,siyahı həddindən artıq genişdir. Hər yönə əl atmışıq. Yenə də qarşıdakı günlərdə nə olacağını görəcəyik”.

Xatırladaq ki, “Qarabağ” qış transfer pəncərəsində 3 yeni futbolçu alıb. Ağdam təmsilçisi Redon Cica, Adama Diakabi və Yassin Bezianı sıralarına cəlb edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98920