Gənclərin həyatını məhv edən NARKOMANİYA: “Mübazirə aparmalıyıq”

Gənclərin həyatını məhv edən NARKOMANİYA: “Mübazirə aparmalıyıq”backend

“Narkomaniyaya yol siqaret aludəçiliyindən başlayır. Ona görə də eyni zamanda gənclərimizin tütün məhsullarına olan aludəçiliyi ilə də mübazirə aparmalıyıq”.

Busaat.az xəbər verir ki,bunu gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi yollarından bəhs edən Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

Dünyanın ən böyük problemlərindən biri olan narkomaniyanın Azərbaycandan da yan keçmədiyini qeyd edən Adil Əliyevə görə, buvərdiş əsasən gənclər və yeniyetmələr arasında geniş yayılıb:

“Yanlış yolu seçən gənclərimizi bu bəladan xilas etməliyik. Biz həm narkotik maddələrə qurşanan gənclərimizi doğru yola dəvət etməli, buna çalışmalı, həm də gənclərə və yeniyetmələrə narkotik satanları faş etməliyik.

Bir çox dövlətlər kimi, Azərbaycan da narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla mübarizə aparır. Cinayətkar qruplar üçün narkobiznes böyük gəlir mənbəyinə çevrilib. Daha sonra narkotikdən əldə edilən gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu isə narkotiklərin qanunsuz dövriyyəsinin nə qədər təhlükəli olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, narkotiklərin dövriyyəsi bir çox hallarda nəzarətsiz bölgələrdə həyata keçirilir. Təsdiq olunmuş faktdır ki, narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur”.

Adil Əliyevbildirib ki, bəzən narkotik maddələr gənclərə həblər şəkildə pulsuz verilir. Bu isə həmin gənclərin narkotik maddələrdən asılığına gətirib çıxarır:

“Növbəti mərhələdə həmin gənclərdə aludəçilik yaranır və onlar narkotik maddələri pulla almağa başlayırlar. Bir müddət sonra həmin gənclər pul tapmadıqda cinayətə əl atırlar. Bu da öz növbəsində cinayətkarlığın inkişafına şərait yaradır. Bununla da narkotik aludəçisinə çevrilən gənclərimizi itiririk. Bu mənada ailənin üzərinə mühüm vəzifələr düşür. Ailə başçıları övladlarının davranışlarına diqqət etməlidirlər. Çünki övladlardan biri narkotikə qurşanırsa, bunu ilk öncə valideynlər hiss etməli və prosesin qarşısını almalıdırlar. Bu problemin qarşısı vaxtına alınmırsa, biz problemin böyüməsinin və ailə münaqişəsinin şahidi oluruq. Narkotik aludəçiliyi xroniki xəstəlikdir. Bu xəstəliyi müalicə etmək çətindir.

Digər tərəfdən dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da narkomaniya cavanlaşır. Ən təhlükəlisi odur ki, narkomaniya məktəblərə və universitetlərə yol açır. Onu da unutmayaq ki, narkomaniyaya yol siqaret aludəçiliyindən başlayır. Ona görə də eyni zamanda gənclərimizin tütün məhsullarına olan aludəçiliyi ilə də mübazirə aparmalıyıq”.

Narkomaniyaya qarşı maarrifləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd edən Milli Məclisin sədr müavinin fikrincə, “Narkotiksiz gələcək naminə” kimi milli proqramların sayı artırılmalıdır:

“Bu mübarizədə kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitələrinin üzərinə mühüm vəzifələr düşür”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90