Gürcüstanda açıq havada maska tələbi ləğv olunur

Gürcüstanda açıq havada maska tələbi ləğv olunurbackend

Gürcüstanda gecə hərəkətinə qoyulan qadağa (komendant saatı) və açıq havada maska taxmaq tələbi ləğv olunur.

Busaat.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili açıqlama verib.

“Bu gündən açıq havada maska ​​taxmaq istəyə bağlıdır. Məhdudiyyətin ləğvi nəqliyyat və qapalı yerlərə şamil edilmir. 1 iyuldan etibarən komendant saatı adlanan hərəkət məhdudiyyəti götürüləcək”, – deyə Qaribaşvili qeyd edib.

Hökumət başçısı, həmçinin iki həftə ərzində bir milyon doza koronavirus peyvəndinin Gürcüstana gətiriləcəyini və ölkədə vaksinasiyanın aktiv mərhələsinin başlanacağını bildirib.

Xatırladaq ki, Gürcüstanda vətəndaşların mənzil və şəxsi avtomobil xaricində hər yerdə maska taxması ötən ilin 4 noyabrdan bəri məcburi idi.

Qeyd edək ki, Gürcüstanda son sutka ərzində 914 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 24 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90