Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.90 $▼2.78%
  • WTI neft83.80 $▼1.11%
  • Avropa qazı (TTF)83.65 €▼2.14%
  • Təbii qaz (ABŞ)3.182 $▲0.63%
  • Qızıl3 766 $▼0.55%
  • Gümüş45.59 $▼0.48%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 047 $▼1.27%
  • Ethereum1 794 $▼1.57%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyanın 5 iyul tarixindən başlayacağı açıqlanıb.

Busaat.az  xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, əhalinin 60 faizinə peyvənd vurulması planlaşdırılır. Bu məqsədlə 4 milyon doza peyvənd sifariş verildiyi qeyd olunub.

Qaribaşvili ölkəyə ümumilikdə 1 milyon doza Çin istehsalı olan “Sinovac” və “Sinopharm” peyvəndlərinin çatdırıldığını və kütləvi prosesə hazır olduqlarını vurğulayıb.

Digər tərəfdən, Baş nazir “BioNTech/Pfizer” peyvəndinin iyul ayında Gürcüstana gətirilməyə başlayacağını açıqlayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze iyul ayında “BioNTech/Pfizer” alındıqdan sonra ölkənin hər yerində 16 yaşdan yuxarı insanlara peyvənd vurulmasının mümkün olacağını bildirib.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər 266 min 161 nəfər peyvənd olunub.

Son 24 saat ərzində 964 nəfərin yoluxduğu ölkədə bu günə qədər ümumilikdə 368 min 22 nəfərdə virus aşkarlanıb və 5 min 335 nəfər vəfat edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51204