Hande Harmancı yayılan şəkillərlə bağlı açıqlama verdi: Buna görə sizdən üzr istəyirəmbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancının sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkilləri ilə bağlı məsələyə münasibət bildirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Busaat.az-a bildirilib ki, sosial mediada paylaşılan şəkillər və video iyunun 13-də çəkilib:

“COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.