“Hansısa ölkənin Azərbaycana göstəriş verməsi qəbulolunmazdır” – ŞƏRH

image-55044backend

“Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasəti vardır. Hansısa ölkənin Azərbaycana göstəriş verməsi qəbul olunmazdır”.

Bunu Azərbaycanın İsraildə açılan səfirliyinə İranın sərt münasibəti haqqında fikirlərini səsləndirən politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın 1961-ci il diplomatik əlaqələr haqqında Vyana konvensiyasına uyğun fəaliyyət göstərmədiyi dəfələrlə öz təsdiqini tapıb:

image-yap_ilyas_140320

“Hətta İranın Azərbaycandakı Səfirliyinin ölkəmizə qarşı fəaliyytətinin də şahidi olmuşuq. Səfirlik əməkdaşlarının “qırmızı xətti” keçməsi onların ölkədən çıxarılması ilə nəticələndi. Dörd nəfər diplomata Azərbaycan 48 saat ərzində tərk etməsi tələbi qoyulub. Azərbaycanı narahat edən digər məqam isə Tehranda səfirliyə edilən terrorla bağlı İranın araşdırmalarının yetərsiz olmasıdır. Əlavə olaraq isə Təbrizdə Azərbaycan konsulluğun bağlanması ilə bağlı da çıxışlar var. Bütün baş verən proseslər hazırda İran-Azərbaycan münasibətlərinin ən gərgin dövrünü yaşadığını deməyə əsas verir”.

“Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasəti vardır. Hansısa ölkənin Azərbaycana göstəriş verməsi qəbul olunmazdır. Bu səbəbdən Azərbaycan nəinki İsraildə, həmçinin Fələstində diplomatik nümayəndəlik açıb. Azərbaycan Ərəb dünyası ilə əlaqələrə önəm verir. Bu münasibətlər səbəbindən Azərbaycanı günahlandırmaq və xarici əlaqələrinə zərbə vurmaq heç bir nəticə verməyəcək”, – politoloq əlavə edib.

Ələsgər/Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki