Həbib Nürməhəmmədovun kəndi karantinə görə bağlandı

Həbib Nürməhəmmədovun kəndi karantinə görə bağlandıbackend

Rusiyanın MMA döyüşçü Həbib Nürməhəmmədovun kəndi – Dağıstanın Sildi kəndi tam karantinlə əlaqədar bağlanıb.

Busaat.az xəbər verir ki, bu barədə kənd administrasiyasının rəhbəri, idmançının dayısı Abdurrəhman Abdurrəhmanov deyib.

Onun sözlərinə görə, kəndə giriş-çıxış artıq üç həftədir, mayın 1-dən bağlanıb. Bunun səbəbi yerli rayon mərkəzi Aqvalidə koronavirusa yoluxma hallarının artması olub.

Abdurrəhmanov həmçinin kənddə ərzağ təminatında fasilələrdən də şikayətlənib. “Hələ ki sakinlər ehtiyatlarından istifadə edirlər, amma ərzaq artıq sona çatır”, – o deyib./Report/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90